...

"Sevilya" Nigeriyalı hücumçu ilə heyətini gücləndirib

İdman Materials 28 Yanvar 2025 08:38 (UTC +04:00)
"Sevilya" Nigeriyalı hücumçu ilə heyətini gücləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Sevilya" klubu, heyətini Nigeriya millisinə aid forvard Akor Adamsla gücləndirib.

Trend-in məlumatına görə, Adams, Fransanın "Monpelye" klubundan transfer edilib. 24 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Bu transfer "Sevilya"ya 5,5 milyon avroya başa gəlib.

Akor Adams Fransa çempionatında keçirdiyi 15 oyunda 3 qol vurub.

Xəbər lenti

Xəbər lenti