...

Universiadada gimnastlarımız qızıl medal qazanıb (FOTO)

İdman Materials 19 İyul 2025 07:25 (UTC +04:00)
Universiadada gimnastlarımız qızıl medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız qızıl medal qazanıb.

Trend xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə üç top və iki halqa ilə çıxış ediblər. Qızlar 26.350 bal toplayıb və yekun nəticədə 50.500 xalla Universiadanın qalibi olublar.

Qeyd edək ki, bu, yarışlarda ölkəmizin ilk medalıdır. Həmçinin, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Xəbər lenti

Xəbər lenti