Bakı. Trend:
21–25 iyul tarixlərində keçiriləcək çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi baş tutub.
Azərbaycan Voleybol Federasiyasından Trend-ə verilən məlumata görə, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə, çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə və klubların nümayəndələri iştirak ediblər.
Vüqar Hüseynzadə ölkə çempionatında iştirak edən komandalara uğurlar arzulayıb.
Daha sonra Orxan Hüseynzadə yarışın qaydaları barədə ətraflı məlumat verib. O qeyd edib ki, çempionat Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunacaq. Yarışın qalibi olan komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq. O, həmçinin xatırladıb ki, ötən mövsüm klublararası Avropa çempionatında ölkəmizi təmsil edən “Azərreyl”in qadın və kişi komandaları çempion olub.
Ölkə birinciliyində 12 qadın və 11 kişi klubu iştirak edəcək. Reqlamentə əsasən, hər klub yarışa iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatıla bilər.
Azərbaycan çempionatında iştirak edəcək komandalar:
Qadınlar: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “Milli-1”, “Milli-2”, “Milli-3”
Kişilər: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”, “Xilasedici-2”.
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı
Oyun proqramı
21 iyul
Qadınlar
9:00. “Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” (1-ci meydança)
10:00. “Milli-3” - “Milli-2” (1-ci meydança)
12:00. “Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” (1-ci meydança)
15:30. “Xarı Bülbül-2” - “Azərreyl-3” (1-ci meydança)
Kişilər
9:00. “Murov Az Terminal-4” - “Xilasedici-1” (2-ci meydança)
10:00. “Xarı Bülbül-2” - “Azərreyl-2” (2-ci meydança)
11:00. “Azərreyl-3” - “Murov Az Terminal-3” (2-ci meydança)
Qeyd edək ki, oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.