...

Azərbaycanın 4 taekvondoçusu çıxışını başa vurub - Universiada (FOTO)

İdman Materials 19 İyul 2025 15:47 (UTC +04:00)
Azərbaycanın 4 taekvondoçusu çıxışını başa vurub - Universiada (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında taekvondo yarışlarına start verilib.

Trend xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 taekvondoçusu mübarizə aparıb.

Xıdır Məmmədov (54 kiloqram), Vaqif Hacıyev (68 kiloqram) və Leyla Bəşirova (57 kiloqram) ilk görüşlərində, Səlimə Quliyeva (46 kiloqram) isə 1/8 finalda məğlub olub.

Stolüstü tennis üzrə qarışıq qoşa yarışlarına qatılan Azərbaycan təmsilçiləri də öz görüşlərini məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti