Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, paratekvando üzrə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva Azərbaycan bayrağını daşıyacaqlar.
Qeyd edək ki, açılış mərasimi iyulun 24-də, Cebeci İdman Kompleksində keçiriləcək.