...

Asmir Beqoviç "Lester"ə keçə bilər

İdman Materials 19 İyul 2025 18:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Lester Siti" klubunda davam etdirə bilər.

Trend xəbər verir ki, 38 yaşlı bosniyalı futbolçu ilə klub arasında danışıqlar hazırda davam edir.

Xatırladaq ki, Beqoviç 2019/20 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib. O, həmçinin "Çelsi", "Milan", "Everton" kimi tanınmış klubların da formasını geyinib.

Qeyd edək ki, təcrübəli qapıçı 2009–2020-ci illər ərzində Bosniya və Herseqovina millisində 63 oyun keçirib.

Xəbər lenti

Xəbər lenti