Bakı. Trend:
Yeni mövsümə hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası ilk yoxlama görüşünü keçirib.
Trend xəbər verir ki, Kurban Berdıyevin başçılıq etdiyi kollektiv Türkiyənin "Çorum" komandası ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən oyunda qalib müəyyənləşməyib — 1:1 hesabı qeydə alınıb.
Azərbaycan təmsilçisinin yeganə qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.