...

Rodriqo “Barselona”ya keçə bilər

İdman Materials 20 İyul 2025 03:27 (UTC +04:00)
Rodriqo “Barselona”ya keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Real Madrid”in hücumçusu Rodriqo klubun əzəli rəqibi “Barselona” ilə transfer gündəminə düşüb.

Trend xəbər verir ki, bu barədə məlumatı Braziliyanın “UOL” nəşri yayıb.

Məlumata görə, Kataloniya klubu Rodriqonun vəziyyətini yaxından izləyir və artıq vasitəçilərlə əlaqə saxlayaraq, braziliyalı futbolçunun komanda dəyişmək qərarı verəcəyi təqdirdə danışıqlara başlamağa hazır olduqlarını bildirib.

Son vaxtlar Rodriqo “Real”ın start heyətində sabit yerini itirib. O, Dünya Klub Çempionatında yalnız “Əl-Hilal”la oyunda start heyətində yer alıb, digər iki matçda isə əvəzetmə oyunçusu kimi meydana çıxıb.

Transferin baş tutub-tutmayacağı yaxın aylarda aydınlaşacaq.

Xəbər lenti

Xəbər lenti