Bakı. Trend:
"Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenin transferi ilə bağlı İtaliya klubu "Napoli" ilə razılıq əldə edib.
Trend xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Ben Ceykobs yayıb.
Məlumata görə, "Napoli" "Qalatasaray"ın 75 milyon avro dəyərindəki təklifini qəbul edib və tərəflər arasında şifahi razılıq əldə olunub.
Qeyd edək ki, 26 yaşlı Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib. O, 41 rəsmi oyunda 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Forvardın çıxışı azarkeşlər və rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.