Bakı. Trend:
“Neftçi” futbol klubu yaxın zamanda yeni transferini rəsmən açıqlaya bilər.
Trend-in məlumatına görə, “ağ-qaralar” müdafiəçi Kristian Kostinlə müqavilə imzalamaq ərəfəsindədir.
27 yaşlı futbolçu 2023-cü ildən Buxarestin “Dinamo” klubunda çıxış edib. Ötən mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edən Kostin qol vura bilməyib.
Qeyd edək ki, Kristian Kostin universal oyunçudur — həm sağ cinah müdafiəçisi, həm də sağ cinah vingeri kimi oynamaq bacarığına malikdir.