...

Millimiz Monteneqroya qalib gəlib

İdman Materials 18 Sentyabr 2025 18:47 (UTC +04:00)
Millimiz Monteneqroya qalib gəlib

Bakı. Trend:

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Trend xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.

Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti