Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Çelsi” İngiltərə Premyer Liqasının X turu çərçivəsində növbəti oyununu keçirib.
Trend xəbər verir ki, London təmsilçisi səfərdə “Tottenhem” üzərində 1:0 hesabı ilə qalib gəlib.
Tura sabah 3 oyun ilə yekun vurulacaq.
Qeyd edək ki, “Çelsi” növbəti matçını noyabrın 5-də Bakıda “Qarabağ”a qarşı keçirəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.
Turun digər nəticələri:
"Fulhem" - "Vulverhempton" 3:0
"Kristal Pelas" - "Brentford" 2:0
"Brayton" - "Lids" 3:0
"Börnli" - "Arsenal" 0:2
"Nottinqem Forest" - "Mançester Yunayted" 2:2
"Tottenhem" - "Çelsi" 0:1
"Liverpul" - "Aston Villa" 2:0
"Vest Hem Yunayted" - "Nyukasl Yunayted"
"Mançester Siti" - "Bornmut"
"Sanderlend" - "Everton"
