Bakı. Trend:
“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo mövsümün əvvəlindən bəri 14-cü qolunu vurub.
Trend xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Feyha” ilə keçirilən oyunda (2:1) portuqaliyalı forvard 37-ci və 90+14-cü dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, 40 yaşlı Ronaldo cari mövsümdə 14 oyuna çıxıb. Onun 9 qolu “Əl-Nəsr”də, 5-i isə Portuqaliya yığmasının heyətində qeydə alınıb.
