...

Misli Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək

İdman Materials 2 Noyabr 2025 09:00 (UTC +04:00)
Misli Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasının X turu çərçivəsində iki oyun baş tutacaq.

Trend xəbər verir ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

Daha sonra “Sumqayıt” klubu “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu görüş isə saat 18:30-da start götürəcək.

Turnir cədvəlinə əsasən, 18 xalla 3-cü yerdə qərarlaşan “Turan Tovuz” liderlər qrupunda yer alır. “Şamaxı” 10 xalla 9-cu pillədədir.

“Araz-Naxçıvan” 16 xalla 4-cü, “Sumqayıt” isə 14 xalla 5-ci yerdə qərarlaşıb.

16:00. “Turan Tovuz” - “Şamaxı”
18:30. “Sumqayıt” - “Araz-Naxçıvan”

Xəbər lenti

Xəbər lenti