...

Bakıda V “Qələbə qaçışı” yarışı keçirilib (FOTO/VİDEO)

İdman Materials 2 Noyabr 2025 13:22 (UTC +04:00)
Bakıda V “Qələbə qaçışı” yarışı keçirilib (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyinin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı keçirilib.

Trend xəbər verir ki, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, "İdman veteranları" İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və başqaları təqdim ediblər.

Həmçinin iki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.

Xəbər lenti

Xəbər lenti