...

“Milan” Luka Modriçin müqaviləsini uzatmaq niyyətindədir

İdman Materials 12 Noyabr 2025 03:31 (UTC +04:00)
“Milan” Luka Modriçin müqaviləsini uzatmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Milan” klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin müqaviləsini uzatmağı planlaşdırır.

Trend-in məlumatına görə, təcrübəli futbolçu klubdakı hər kəsi o qədər təsirləndirib ki, rəhbərlik onunla əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun hesab edir.

Luka Modriç “Milan”a 2025-ci ilin yayında sərbəst agent kimi qoşulub və 2026-cı ilin yayına qədər bir illik müqavilə imzalayıb. Müqavilədə əlavə bir mövsüm üçün seçim də nəzərdə tutulub.

Məlumata görə, klub əvvəlcə yarımmüdafiəçinin çıxışını yazda dəyərləndirməyi planlaşdırsa da, artıq Modriçi saxlamaqda qərarlıdır. O, transferindən bəri “Milan”da 12 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti