...

Endryu Robertson mövsüm sonunda “Liverpul”u tərk edəcək

İdman Materials 12 Noyabr 2025 06:46 (UTC +04:00)
Endryu Robertson mövsüm sonunda “Liverpul”u tərk edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq Endryu Robertson Premyer Liqa nəhəngini tərk edəcək.

Trend xəbər verir ki, şotlandiyalı sol cinah müdafiəçisi ölkəsinə, “Seltik” klubuna qayıtmağı planlaşdırır və yayda transferin reallaşacağı gözlənilir. Futbolçu artıq “ağ-yaşıllar”la ilkin danışıqlar aparıb.

Qeyd edək ki, “Liverpul” Robertsonu 2017-ci ilin yayında “Hall Siti”dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Mersisayd klubunun heyətində 12 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti