...

"Milan" Fransa millisinin qapıçısı ilə danışıq aparır

İdman Materials 12 Noyabr 2025 12:42 (UTC +04:00)
"Milan" Fransa millisinin qapıçısı ilə danışıq aparır

Bakı. Trend:

“Milan” qapıçısı Mayk Maynan üçün hərəkətə keçib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “rossonyerlər” 30 yaşlı qolkiperin komandada qalmasını istəyir. Bunun üçün onunla dnaışıqlara start verib. Maykın “Milan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İtaliya klubu onunla iki illik yeni müqavilə imzalamağı planlaşdırır. Fransa millisinin üzvü "PSJ"nin yetirməsidir. O, "PSJ" və “Lill” klublarında oynadıqdan sonra 2021-ci ildə “Milan”a keçmişdi.

Xəbər lenti

Xəbər lenti