...

Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər və məkanlar müəyyənləşib

İdman Materials 12 Noyabr 2025 23:06 (UTC +04:00)
Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər və məkanlar müəyyənləşib

Bakı. Trend:

Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər və məkanlar müəyyənləşib.

Trend xəbər verir ki, yarımfinal matçları 2025-ci ilin yanvarın 5-də Qaziantepdə, 6-da isə Adanada baş tutacaq. Final görüşü 10 yanvar tarixində İstanbulda Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Yarımfinalda "Qalatasaray" "Trabzonspor"la, "Fənərbaxça" isə "Samsunspor"la üz-üzə gələcək. Yarımfinal oyunlarının hansı şəhərdə keçiriləcəyinə püşkün nəticəsində aydınlıq gələcək.

Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti