Bakı. Trend:
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Atletiko”nun hücumçusu Culiano Simeone yaxın zamanda klubla müqaviləsini uzada bilər.
Trend xəbər verir ki, tərəflər razılığa yaxındırlar. Yeni müqavilənin 2030-cu ilin yayına qədər qüvvədə olması gözlənilir.
22 yaşlı argentinalı futbolçu cari mövsümdə 19 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Culiano, Madrid klubunun baş məşqçisi Diego Simeonenin oğludur.