Bakı. Trend:
"Lester Siti"nin müdafiəçisi Vaut Faes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Beşiktaş" belçikalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Faesi satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, "Lester Siti" Vaut Faesi 2022-ci ilin yayında "Renn"dən transfer edib.