...

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşdi

İdman Materials 21 Fevral 2026 01:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunları baş tutub.

Trend xəbər verir ki, ilk yarımfinal görüşündə Sabah Ordu üzərində 83:66 hesabı ilə qalib gələrək klub tarixində ilk dəfə kubok finalına yüksəlib.

Günün ikinci yarımfinal oyununda isə Gəncə Şəki üzərində 97:71 hesablı qələbə qazanaraq ardıcıl ikinci mövsümdə finala çıxıb.

“Sabah” və “Gəncə” komandaları arasında final oyunu 22 fevral saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti