"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

İdman Materials 24 May 2026 12:09 (UTC +04:00)
"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Bakı. Trend:

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. "Qarabağ", həmçinin "Ferentsvaroş" (Macarıstan), "Dinamo" (Kiyev, Ukrayna), "Hayduk" (Xorvatiya), MOİK (Bolqarıstan) və "Şerif" (Moldova) səpələnmişlər sırasında olacaq.

Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıb: "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).

Xəbər lenti

Xəbər lenti