Bakı. Trend:
"Aston Villa"nın aparıcı oyunçularından olan Morqan Rocers karyerasını Fransada davam etdirə bilər.
Trend xəbər verir ki, PSJ ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Premyer Liqa klubu Rocersin qiymətini müəyyənləşdirib. Onlar 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 115 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Aston Villa" Morqan Rocersi 2024-cü ilin fevralında "Midlsbro"dan 9,4 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
