...

“Azərsun Holdinq” beynəlxalq səhiyyə sərgisində iştirak edib

İqtisadiyyat Materials 21 Sentyabr 2016 16:45 (UTC +04:00)
Ölkəmizdə fəaliyyətə başlayacaq dərman zavodu layihəsi üzrə “Azərsun Holdinq”in partnyoru olan İranın TPICO Şirkətlər Qrupu Beynəlxalq Səhiyyə sərgisində dörd əczaçılıq şirkəti ilə təmsil olunub.
“Azərsun Holdinq” beynəlxalq səhiyyə sərgisində iştirak edib

Bakı. Trend:

Ölkəmizdə fəaliyyətə başlayacaq dərman zavodu layihəsi üzrə “Azərsun Holdinq”in partnyoru olan İranın TPICO Şirkətlər Qrupu Bakı Ekspo Mərkəzində təşkil olunmuş Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində dörd əczaçılıq şirkəti ilə təmsil olunub.

İranın ən böyük əczaçılıq şirkətlərini birləşdirən TPICO bu sektorda 60 ildən çoxdur ki, fəaliyyət göstərir.

“Azərsun Holdinq” Azərbaycan İnvestisiya Şirkəti və TPICO tərəfindən birgə yaradılacaq əczaçılıq şirkəti Bakının Pirallahı rayonunda yerləşəcək. Zavod ilkin mərhələdə 80-dən artıq dərman vasitəsi istehsal edəcək. Bu dərmanlar əsas etibarilə ağrıkəsici, antibiotik, antiinfeksion, antihipertensiv və vitamin kateqoriyalarına aiddir.

“Azərsun Holdinq”in aidiyyatı strukturlarının nümayəndələri ilə TPICO holdinqin nümayəndələri sərgi çərçivəsində görüşərək layihənin gedişatına dair texniki müzakirələr aparıblar. Qeyd edək ki, ölkəmizdə dərman istehsalı ilə məşğul olacaq müəssisənin inşasına gələn il başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti