...

Beyləqanın daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

İqtisadiyyat Materials 7 Oktyabr 2016 14:56 (UTC +04:00)
Beyləqan rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
Beyləqanın daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. Trend:

Beyləqan rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti