...

Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun növbəti iclası keçirilib

İqtisadiyyat Materials 10 Oktyabr 2016 18:41 (UTC +04:00)
Bu gün Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.
Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun növbəti iclası keçirilib

Bakı. Trend:

Bu gün Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı iştirakçılar tərəfindən Azərbaycanda MHŞT üzrə keçirilmiş Qiymətləndirmə ilə bağlı məsələlər, 2015-ci il MHŞT hesabatının layihə mətni, mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsi və digər məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin MHŞT üzrə Katibliyin nümayəndələri MHŞT-ni tətbiq edən ölkələrdə ÇQ və Katibliyin strukturunun müqayisəli təhlilinə dair təqdimat ediblər.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti