...

Azərbaycanda fiskal siyasətin müstəqil qiymətləndirilməsinə start verildi (FOTO)

İqtisadiyyat Materials 7 Noyabr 2016 14:09 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Avropa İttifaqının TAİEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda tədqiqat layihəsinə başlayır.
Azərbaycanda fiskal siyasətin müstəqil qiymətləndirilməsinə start verildi  (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Avropa İttifaqının TAİEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda tədqiqat layihəsinə başlayır. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Bildirilir ki, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının bu məqsədlə Azərbaycana gələn ekspert qrupunu qəbul edib. Müzakirələr zamanı bildirilib ki, missiya zamanı fiskal siyasətin müstəqil qiymətləndirilməsi aparılacaq. Dövlət Neft Fondunun transfertləri ilə yanaşı, fiskal siyasətin adekvatlığı baxımından büdcə prosesi də təhlil ediləcək və təkmilləşdirmə imkanları müəyyən ediləcək.

Bundan əlavə, birinci missiya ərzində ekspert qrupu tərəfindən Avropanın qabaqcıl təcrübəsi barədə təqdimat keçiriləcək və birinci missiyanın yekunu olaraq, əsas nəticələr və təkliflər haqqında hesabat veriləcək. Mərhələli müzakirələr aparacaq missiyaya sədr Kristofer Vales və ekspertlər Janis Platais və Tamar Medulaşvili daxildir. Onlar dövlət və akademik dairələrin nümayəndələri ilə görüşlər keçirəcəklər. Qeyd edək ki, İİKTM-də aparılan müzakirələr zamanı Azərbaycanda fiskal dayanıqlılıq yüksək qiymətləndirilib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti