...

DB: Azərbaycanın Strateji Yol Xəritəsi ilə bağlı təcrübə mübadiləsi vacibdir

İqtisadiyyat Materials 7 Noyabr 2016 14:17 (UTC +04:00)
Dünya Bankının Makroiqtisadi və Fiskal İdarəetmə üzrə mütəxəssisi, Naoko Kojo Azərbaycanda səfərdədir.
DB: Azərbaycanın Strateji Yol Xəritəsi ilə bağlı təcrübə mübadiləsi vacibdir

Bakı. Trend:

Dünya Bankının Makroiqtisadi və Fiskal İdarəetmə üzrə mütəxəssisi, Naoko Kojo Azərbaycanda səfərdədir. Bu gün xanım Kojo İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Ölkədə iqtisadi prosesləri, iqtisadi siyasi məsələləri müzakirə etməkdə maraqlı olan qonaq İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ilə görüşdə Azərbaycanda yeni yaradılan Strateji Yol Xəritəsinin maraq doğurduğunu bildirib və bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayib. Müzakirələrdə ölkədəki makroiqtisadi çərçivə, fiskal və monetar siyasət alətləri müzakirə edilib. Qonağa biznes mühitinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar barədə məlumat verilib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti