...

AİB ilə Azərbaycan arasında birgə layihələr davam edəcək

İqtisadiyyat Materials 14 Noyabr 2016 18:44 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib.
AİB ilə Azərbaycan arasında birgə layihələr davam edəcək

Bakı. Trend:

Bu gün maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su təchizatı, nəqliyyat - yol şəbəkəsi və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı AİB-in 2017-2019-ci illər üçün Azərbaycan üzrə Biznes Planı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsi, dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulması və inkişafı, bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın davamlı iqtisadi inkişafını qeyd edən V.Janq etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti