...

2016-cı ilin sonuna qədər 200 milyon manat həcmində kredit - SAHİBKARLARA

İqtisadiyyat Materials 24 Noyabr 2016 15:43 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il üçün biznesin güzəştli kreditləşməsi üzrə proqnozunu azaldıb.
2016-cı ilin sonuna qədər 200 milyon manat həcmində kredit - SAHİBKARLARA

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il üçün biznesin güzəştli kreditləşməsi üzrə proqnozunu azaldıb.

Trend-in məlumatına görə, bu gün banklar konfransında çıxış edən İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin rəhbəri Yalçın Əzizov deyib ki, ilin sonunadək SKMF sahibkarlara 200 milyon manat həcmində güzəştli kredit təqdim edəcək.

Daha əvvəl qurum 2016-cı il ərzində 250 milyon manat həcmində kreditlərin verilməsinin planlaşdırırdı.

İlin əvvəlindən bu günə qədər 2 145 layihənin reallaşdırılması üçün 135,8 milyon manat kredit təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti