...

Mərkəzi Bank 75 milyon manat dəyərində notlar buraxacaq

İqtisadiyyat Materials 28 Noyabr 2016 10:22 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 (yüz) manat olan 750 000 (yeddi yüz əlli min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100552S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Bank 75 milyon manat dəyərində notlar buraxacaq

Bakı. Trend:

Noyabrın 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 (yüz) manat olan 750 000 (yeddi yüz əlli min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100552S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti