...

Bakıda bu yol da yenidən qurulur

İqtisadiyyat Materials 29 Noyabr 2016 11:22 (UTC +04:00)
Bakıda daha bir avtomobil yolunda yenidənqurma işlərinə start verilib.
Bakıda bu yol da yenidən qurulur

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir avtomobil yolunda yenidənqurma işlərinə start verilib. Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, bu, Sabunçu-Ramana avtomobil yoludur:

"Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 kilometrdir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti