...

CAR-dan Azərbaycanın Afrika bazarına çıxmasına dəstək

İqtisadiyyat Materials 29 Noyabr 2016 15:43 (UTC +04:00)
Cənubi Afrika Respublikası (CAR) Azərbaycana öz maraqlarının Afrika Birliyində təşviq olunmasında yardım göstərməyə hazırdır.
CAR-dan Azərbaycanın Afrika bazarına çıxmasına dəstək

Bakı. Elmira Tariverdiyeva - Trend:

Cənubi Afrika Respublikası (CAR) Azərbaycana öz maraqlarının Afrika Birliyində təşviq olunmasında yardım göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bu sözləri CAR-ın xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane deyib: “Biz Afrika bazarına çıxması üçün Azərbycanın Afrika Birliyində müşahidəçi statusunu geniş şəkildə istifadə etməsini dəstəkləməyə hazırıq.”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da deyib ki, Azərbaycan Afrika qitəsində öz maraqlarını genişləndirmək niyyətindədir.

Dekabrın 8-9-u CAR-ın paytaxtı Pretoriyada Afrika Birliyinin XİN rəhbərlərinin görüşü keçiriləcək. Azərbaycan da bu görüşdə iştirak edəcək.

E.Məmmədyarov bildirib ki, Azərbaycan bu görüş çərçivəsində ASAN xidmətin təqdimatını keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti