...

Ceyhan limanından noyabrda dünya bazarlarına çıxarılan neftin HƏCMİ

İqtisadiyyat Materials 6 Dekabr 2016 13:13 (UTC +04:00)

Bakı. Trend:

Noyabr ayında Ceyhan limanından 2,3 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 2016-cı ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 753 min 098 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti