...

Astara rayonunun kəndləri qazsız qalıb

İqtisadiyyat Materials 7 Dekabr 2016 09:38 (UTC +04:00)
Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
Astara rayonunun kəndləri qazsız qalıb

Bakı. Trend:

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, dekabrın 7-də saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti