...

Heybət stansiyasında sayca 9-cu yeni yoldəyişən quraşdırılır (FOTO)

İqtisadiyyat Materials 12 Yanvar 2017 09:56 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
Heybət stansiyasında sayca 9-cu yeni yoldəyişən quraşdırılır (FOTO)

Bakı. Trend:

Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.

Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Hazırda sayca 9-cu yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Proses iki gün davam edəcək. İşləri həyata keçirən 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirib ki, bu yoldəyişənin əvvəlkilərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşmasıdır.

Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstandan gətirilir. Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üşün Rusiya Federasiyasından yeni quruluşlu platforma vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. Bu texnika Azərbaycan dəmir yolunda ilk dəfə istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti