...

Bakının bu hissəsində qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 12 Yanvar 2017 10:14 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bakının bu hissəsində qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”nda cari təmir işləri aparılacaq.

Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti