...

Azərbaycanın nəqliyyat layihələri Banqladeşi də maraqlandırıb

İqtisadiyyat Materials 17 Yanvar 2017 21:06 (UTC +04:00)
Banqladeş Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi nəqliyyat layihələrində maraqlıdır
Azərbaycanın nəqliyyat layihələri Banqladeşi də maraqlandırıb

Bakı. Anaxanım Hidayətova, Yelena Kosolapova - Trend:

Banqladeş Azərbaycanın "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri kimi nəqliyyat layihələrində maraqlıdır.

Bunu Trend-ə Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki deyib.

Səfir qeyd edib ki, bu layihələr ölkələri birləşdirə və ticarəti asanlaşdıra bilər.

Səfir həmçinin qeyd edib ki, hər iki ölkə mədəni və tarixi əlaqələrə malikdir.

Onun sözlərinə görə, Azərbaycan və Banqladeş qarşılıqlı səmərəli ticarət əlaqələrini inkişaf etdirə bilər. Xüsusilə də Banqladeş Azərbaycana dərman preparatları, geyim məhsulları və ayaqqabı ixrac edə bilər.

Səfir bildirib ki, Banqladeşdə həmçinin qoyunçuluq, dulusçuluq sənayesi və digər sahələr inkişaf edib və Banqladeş bu sahələrdə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

A.Siddikinin sözlərinə görə, ikitərəfli əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biri də turizmdir.

O deyib: "Azərbaycan öz unikal mədəniyyəti və tarixi ilə banqladeşli turistlər üçün maraqlı istiqamət ola bilər. Biz çalışacağıq ki, Banqladeşdən Azərbaycana turist sayını artıraq. Şəqrlə Qərb arasındakı yolların kəsişdiyi Azərbaycan turistlər üçün çox şey təklif edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti