...

Bu ilin ilk ixrac missiyası Almaniyaya gedir

İqtisadiyyat Materials 23 Yanvar 2017 18:54 (UTC +04:00)
Bu ilin ilk ixrac missiyası bu gün Almaniyaya gedir.
Bu ilin ilk ixrac missiyası Almaniyaya gedir

Bakı. Trend:

Bu ilin ilk ixrac missiyası bu gün Almaniyaya gedir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət edəcək, yerli distributorlarla, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti