...

Expressbank təmassız ödəniş kartlarını təqdim edir

İqtisadiyyat Materials 25 Yanvar 2017 11:04 (UTC +04:00)
Expressbank təmassız ödəniş kartlarını təqdim edir.
Expressbank təmassız ödəniş kartlarını təqdim edir

Bakı. Trend:

Expressbank təmassız ödəniş kartlarını təqdim edir. Bu barədə Trend-ə bankdan məlumat verilib.

İnnovativ məhsulları ilə daim maraq mərkəzində olan Expressbankdan daha bir yenilik: Təmassız ödəniş kartları!

Expressbank yeni VISA payWave və MasterCard Contactless kartları ilə təmassız ödəniş texnologiyasını hər kəs üçün əlçatan etdi. Artıq hər kəs Expressbankın istənilən filialına yaxınlaşaraq təmassız ödəniş kartı sifariş edə bilər. Təmassız ödəniş – plastik kartı POS-terminala daxil etmədən, məsafədən ödənişin aparılması texnologiyasını əks etdirir. Bu kartlar vasitəsi ilə 20 AZN-dək xırda ödənişlərin aparılması zamanı PİN-kodun daxil edilməsinə ehtiyac qalmır. Çünki ödəniş etmək plastik kartı xidmət nöqtəsinin personalına təqdim etmədən terminala yaxınlaşdırmaqla mümkündür. Bu həm nağdsız ödənişlərin təhlükəsizliyini yüksəldir, həm də müştərilərin vaxtına daha çox qənaət edir. Böyük məbləğdə ödənişlərin həyata keçirilməsi üçün PİN-kodun daxil olunması, yəni standart avtrorizasiya tələb edilir.

VISA ödəniş sistemi üzrə Classic, Gold və Platinum tipli kartlar, MasterCard ödəniş sistemi üzrə Standard, Gold və Platinum tipli kartlar tam olaraq təmassız texnologiyaya keçirilir.

Qeyd edək ki, Expressbankın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.

Expressbankın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti