...

"Bank of Baku"nun müştəriləri tezliklə ev sahibi olacaq

İqtisadiyyat Materials 1 Mart 2017 11:24 (UTC +04:00)
Ev əldə etmək arzusunda olan şəxslər "Bank of Baku"nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər.
"Bank of Baku"nun müştəriləri tezliklə ev sahibi olacaq

Bakı. Trend:

Ev əldə etmək arzusunda olan şəxslər "Bank of Baku"nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər. Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100.000 AZN-dək həcmində kredit təklif edir.

Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.

İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.

Bank of Baku-nun təqdim etdiyi bu və digər kredit məhsulları haqqında məlumatı bu linkə http://www.bankofbaku.com/az/loans/ keçid alaraq və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edərək əldə etmək olar.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti