...

Ağsuda 8 yaşayış məntəqəsini birləşdirən yol tikilir (VİDEO/FOTO)

İqtisadiyyat Materials 3 Mart 2017 10:47 (UTC +04:00)
Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı işlər davam etdirilir.
Ağsuda 8 yaşayış məntəqəsini birləşdirən yol tikilir (VİDEO/FOTO)

Bakı. Trend:

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı işlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən davam etdirilir.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək.

Hazırda sözügedən ərazidə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılıb. Torpaq işləri tam başa çatandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yüksək keyfiyyətlə asfalt-beton örtüyünün salınması işlərinə başlanılacaq. Ümumilikdə, 170 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6, uzunluğu 9 m, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir. 50-60-cı illərdə salınan və istismar müddəti bitmiş yolun yenidən qurulması “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti