...

Nazir İmişlidə vətəndaşları qəbul edəcək

İqtisadiyyat Materials 6 Mart 2017 17:13 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da saat 14:00-da İmişlidə vətəndaşlarla görüşəcək.
Nazir İmişlidə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da saat 14:00-da İmişlidə vətəndaşlarla görüşəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Quluzadə İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın və Xocavənd rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

İmişli rayonunda 021 2464366

Ağcabədi rayonunda 021 2755299

Beyləqan rayonunda 021 2253233

Zərdab rayonunda 020 2964299

Füzuli rayonunda 026 3155160

Laçın rayonu üzrə 021 2778202

Xocavənd rayonu üzrə 021 2235448

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti