...

Azər Türk Bank xanım yazarları təbrik etdi (FOTO)

İqtisadiyyat Materials 7 Mart 2017 10:42 (UTC +04:00)
Bu gün Azər Türk Bankın nümayəndələri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ölkənin görkəmli yazıçı və şairə xanımları ilə görüşüblər.
Azər Türk Bank xanım yazarları təbrik etdi (FOTO)

Bakı. Trend:

Bu gün Azər Türk Bankın nümayəndələri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ölkənin görkəmli yazıçı və şairə xanımları ilə görüşüblər.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik etmiş, səmimi arzularını bildirmiş, Bankın bu təşəbbüsünü alqışlayıblar.

Azər Türk Bank adından Bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mahir Eyvazov və bankın mətbuat katibi Rauf Ağayev çıxış etmiş və xanım yazarlara gül və hədiyyələr təqdim ediblər. Azərbaycanın tanınmış və sevilən yazarları Kəmalə Ağayeva, Şərafət Dağıstanlı, Alina Talıbova, Nafilə Abuzərli, Dinara Gərəkməzli və başqaları Yazıçılar Birliyinin rəhbərliyinə və belə bir tədbirin keçirilməsində təşəbbüskar olan Azər Türk Banka minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti