...

Daha 6 yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi (FOTO)

İqtisadiyyat Materials 7 Mart 2017 13:10 (UTC +04:00)
Daha altı yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib.
Daha 6 yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi (FOTO)

Bakı. Trend:

Daha altı yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Martın 3-də, 6-da və 7-də Beynəlxalq Qadınlar Günü bayramı ərəfəsində, Goranboy rayonunun Səmədabad, İmişli rayonunun Çahar, Gövhərli, Çaxırlı və Məzrəli, həmçinin Sabirabad rayonunun Qasımbəyli kəndlərinə ilk dəfə təbii qaz verilib. 218 abonenti olan Goranboy rayonunun Səmədabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 830 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Goranboy rayonunun daha 4 kəndində (Sarov, YəhərçiQazaxlar, Yolpaq və Goranlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

265 abonenti olan İmişli rayonunun Çahar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 858 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 265 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

173 abonenti olan İmişli rayonunun Gövhərli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 13 021 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

709 abonenti olan İmişli rayonunun Məzrəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 43 393 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

343 abonenti olan İmişli rayonunun Çaxırlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 325 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda İmişli rayonunun Qaravəlili, Mirili və Xubyarlı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

316 abonenti olan Sabirabad rayonunun Qasımbəyli kəndinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında ümumi uzunluğu 31 640 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 316 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Sabirabad rayonunun daha iki Yolçubəyli və Zəngənə kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir və bu istiqamətdə işlərin icrası davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti