...

"Bank Respublika" nizamnamə kapitalını artırıb

İqtisadiyyat Materials 29 Mart 2017 11:02 (UTC +04:00)
Bank Respublika Səhmdarlarının Ümumi Yığıncağında nizamnamə kapitalının 20 mln. manat artırılması haqqında qərar yetkinliklə qəbul edilib.
"Bank Respublika" nizamnamə kapitalını artırıb

Bakı. Trend:

28 mart 2017-ci il tarixdə Bank Respublika Səhmdarlarının Ümumi Yığıncağında nizamnamə kapitalının 20 mln. manat artırılması haqqında qərar yetkinliklə qəbul edilib.

Bankdan Trend-ə verilən məlumata görə, nizamnamə kapitalının artırılmasında başlıca məqsəd bankı əlavə kapitalla təmin etməklə, bankın dayanıqlı və sabit inkişafını təmin etməkdir. Bu artım əhaliyə və biznes sektoruna maliyyə xidmətlərinin göstərilməsi sahəsində aparıcı mövqelərin qorunub saxlanması üzrə bankın uzunmüddətli strategiyasına uyğun aparılır.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti