Bakı. Trend:
Yanvar-mart aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Bu barədə Trend-ə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Bildirilir ki, 2017-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 1 miyard 420 milyon 746 min manat məbləğində vəsait ödənilərək, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 103,8% əməl olunub.