...

6 900 AZN səyahət paketi qazanmaq imkanı

İqtisadiyyat Materials 14 Aprel 2017 12:39 (UTC +04:00)
Expressbank-ın müştəriləri Visa ödəniş kartlarının sərfəli üstünlüklərindən və təkliflərindən istifadə edərək səyahətdən maksimum zövq ala bilirlər.
6 900 AZN səyahət paketi qazanmaq imkanı

Bakı. Trend:

Expressbank-ın müştəriləri Visa ödəniş kartlarının sərfəli üstünlüklərindən və təkliflərindən istifadə edərək səyahətdən maksimum zövq ala bilirlər.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank-ın növbəti təklifi Visa kart sahibləri üçün səyahət şansını və ya gələcək səfərlər üçün çamadan qazanmaq imkanıdır. Bunun üçün sadəcə bankın Visa ödəniş kartları ilə xaricdə istənilən ticari-xidmət müəssisəsində məhsullar və ya xidmətlər üzrə istənilən məbləğdə nağdsız əməliyyat aparmaq və tranzaksiyanı www.visa.com.az saytında onlayn qeydiyyatdan keçirtmək yetərlidir.

“Mən dünyanı belə görürəm. Bəs sən?” şüarı altında stimullaşdırıcı lotereya 16 iyun 2017 il tarixinədək Expressbank-ın istənilən Visa kartı ilə ölkə xaricində ödəniş edən müştərilər arasında keçirilir. Uduş fondu 6 900 AZN məbləğində 1 səyahət vauçeri və 3 ədəd Samsonite Dynamo çamadanı təşkil edir.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron kartlarını 6 AZN, Visa Classic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti