...

Filtrsiz siqaretin istehsalı qadağan edilsin - TƏKLİF

İqtisadiyyat Materials 14 Aprel 2017 14:52 (UTC +04:00)
Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir.
Filtrsiz siqaretin istehsalı qadağan edilsin - TƏKLİF

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

R.Quliyev bildirib ki, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur.

Deputat əlavə edib ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır:

“Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti